Azərbaycanda bəzi sahələr üzrə əmək haqqı fondları üçün minimal hədd tətbiq olunacaq

Azərbaycanda bəzi sahələr üzrə əmək haqqı fondları üçün minimal hədd tətbiq olunacaq
# 23 noyabr 2012 12:59 (UTC +04:00)

Bu barədə «APA-Economics»ə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

Qeyd edək ki, söhbət iqtisadiyyatın bəzi sahələrində əmək haqqı fondu üçün minimumların müəyyənləşdirilməsini nəzərdə tutan dəyişikliklərdən gedir.

Ölkə prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin toplantısında verdiyi tapşırıqlardan sonra bu sahədə ciddi işlərə başlanıb və təkcə son 3 ay ərzində Vergilər Nazirliyi və Əmək Müfəttişliyi tərəfindən 190 min nəfərə yaxın işçinin yeni əmək müqaviləsi barədə məlumatlar rəsmən qeydiyyata alınıb.

Amma təkcə belə metodlarla prosesi idarə etmək çətindir – vəziyyətdən çıxış yolu üçün iqtisadi metod olmalıdır. Fond rəhbəri «Sosial sığorta haqında» qanuna dəyişiklik edilməsi barədə təklifini xatırladaraq bildirib ki, ilkin olaraq iqtisadiyyatın bəzi sahələrində əmək haqqı fondu üçün minimumlar müəyyənləşdirilməli və sosial sığorta haqları həmin fonda uyğun tutulmalıdır. Bu təcrübə xarici ölkələrdə, o cümlədən qonşu Türkiyədə uğurla tətbiq olunur: «Hesab edirik ki, bu yeniliyin tətbiqi bizə qeydiyyat proseslərini intensivləşdirməyə və əmək haqlarını leqallaşdırmaq istiqamətində uğurlu addımlar atmağa imkan verəcək».

Bununla yanaşı, S,Müslümov bu məsələdə ehtiyatlı yanaşmanı vacib sayır, onun sözlərinə görə, tətbiq ediləcək yeniliyin mənfi nüansları da ola bilər, bunlar da nəzərə alınmalıdır. Fond rəhbərinin sözlərinə görə, hazırda DSMF və İİN yeniliyin tətbiqi üzərində aktiv araşdırmalara başlayıblar, o cümlədən Nazirliyin və Fondun əməkdaşları bu məqsədlə Türkiyəyə ezam olunub. Nəzərdə tutulan yenilikdə mənfi cəhət bu yeniliyin sahibkarlıq mühitinə mənfi təsir edə bilməsinə aiddir: «Bu dəyişiklik 80% müsbət olsa da, 20% mənfi cəhətləri ola bilər. Məsələn, ola bilər ki, bu dəyişiklik iqtisadiyyatda yeni texnologiyanın tətbiqini əngəlləyə bilər. Yəni, sahibkar deyə bilər ki, mən yeni texnologiyalardan istifadə edib işçilərin sayını azaldacağam, maaşları da az verəcəyəm, bu məsələlər nəzərə alınmalıdır».

Bununla yanaşı, Fond rəhbəri bildirib ki, Azərbaycanda bu sahələrdə tətbiq edilən ən müasir texnologiyalar belə xaricdə istehsal edilənlərdir. Yəni, bu avadanlığın inkişaf edildiyi ölkələrdə minimum əmək haqqı fondunun məbləği də nəzərə alınmalıdır. DSMF rəhbəri bu dəyişikliklərin 2013-cü ildə qəbul olunacağını istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR