«Unibank» yeni kredit kampaniyası keçirir

«Unibank» yeni kredit kampaniyası keçirir
# 13 dekabr 2012 14:53 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC Yeni il bayramı ilə əlaqədar arayışsız yeni nağd kredit kampaniyasına başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, gələn ilin yanvarın 13-dək davam edəcək kampaniya çərçivəsində hər kəs iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə illik 3%-dən artıq endirimlə nağd kredit götürə biləcək.

Minimal məbləği 300 manat olan arayışsız kreditin maksimal məbləği 5 min manatdır. Kreditin müddəti 3-30 aydır. Arayışsız kreditlər «Unibank»ın bütün paytaxt və rayon filiallarında verilir. Kampaniya çərçivəsində müştərilərin qeydiyyatına, iş stajına heç bir tələb qoyulmur. Paralel olaraq, hədiyyə kimi mobil operatorlar vasitəsilə bir saatlıq danışıq kartları da təqdim ediləcək. Başqa banklarda kredit borcu olanlara da arayışsız kredit veriləcək.


Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://www.unibank.az/az/private-clients/kampaniyalar/yeni-il-kreditleri) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR