Bakıda Latviyanın müstəqillik günü münasibətilə rəsmi qəbul təşkil olunub

Bakıda Latviyanın müstəqillik günü münasibətilə rəsmi qəbul təşkil olunub
# 28 noyabr 2012 16:24 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA. Latviyanın baş naziri Valdis Dombrovskisin Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Latviyanın müstəqillik günü münasibətilə qəbul təşkil olunub. APA-nın məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən V. Dombrovskis Latviya və Azərbaycan arasında mövcud siyasi və iqtisadi əlaqələrdən danışıb. O bildirib ki, iki ölkə arasında əlaqələr getdikcə inkişaf edir.

Tədbirdə çıxış edən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov latviyalı qonaqları müstəqillik günü münasibətilə təbrik edib. O qeyd edib ki, iki ölkə arasında mövcud siyasi, iqtisadi və humanitar əlaqələri genişləndirmək üçün lazımi baza mövcuddur. Ə. Həsənovun sözlərinə görə, hər iki ölkə bir çox məsələlərdə eyni mövqedən çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR