Baş Prokurorluq Elşad Abdullayevin işi ilə əlaqədar Rövşanə Əliyevanın həbsi barədə xəbərləri təkzib edib

Baş Prokurorluq Elşad Abdullayevin işi ilə əlaqədar Rövşanə Əliyevanın həbsi barədə xəbərləri təkzib edib
# 22 noyabr 2012 14:21 (UTC +04:00)

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında qeyd edib ki, bəzi kütləvi informasiya vasitələrində fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin işi üzrə aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində Rövşanə Əliyevanın həbsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: “Mətbuatda Rövşanə Əliyevanın guya həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib olunur”.

Qeyd edək ki, E. Abdullayevin işi ilə bağlı bu günə kimi 3 nəfər həbs edilib. Baş Prokurorluğun yaydığı məlumata görə, həmin iş üzrə törətdikləri cinayət əməllərinə görə Hüseyn Vaqif Əbdülhüseyn oğlu, Ağayev Nəriman Salman oğlu və Kazımov Arzu Firudin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri Mahir Abdullayevin bilavasitə itkin düşməsi ilə deyil, onların Elşad Abdullayevə qarşı törətdikləri dələduzluq cinayətləri ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR