Azərbaycanda daha iki nəfər dəm qazından zəhərlənib

Azərbaycanda daha iki nəfər dəm qazından zəhərlənib
# 03 dekabr 2012 10:01 (UTC +04:00)

Bakı. Hafiz Heydərov-APA. Azərbaycanda dəm qazı daha iki nəfərin həyatına son qoyub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 1-də Bərdə rayonunun Cəyirli kənd sakini Taleh İsgəndərovun evində, qonaqları Tərtər rayon sakinləri Təhminə Abbasova və onun bacısı Röya dəm qazından zəhərləniblər. Xəstəxanaya gətirilən Röya orada ölüb, T. Abbasovanın vəziyyəti isə orta-ağırdır.

Bundan başqa Suraxanı rayonu ərazisində kirayədə yaşayan Astara rayon sakini Vüqar Yaqubov da dəm qazından boğularaq ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR