AMEA-nın müxbir üzvü xarici jurnalın baş redaktoru seçilib

AMEA-nın müxbir üzvü xarici jurnalın baş redaktoru seçilib
# 22 noyabr 2012 07:34 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun əməkdaşı, AMEA-nın müxbir üzvü Ağası Məlikov Amerikada nəşr olunan “American Journal of Operation Research” jurnalının baş redaktoru seçilib. Bu barədə APA-ya AMEA-nın mətbuat xidmətindən bildirilib.

A.Məlikov jurnal yarandığı gündən onun redaksiya heyətinin üzvü olub, bu ildən isə o, həmin jurnalın baş redaktoru seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR