AMEA-da Biologiya və Tibb Elmləri Bölməsinin elmi müəssisələrinin strukturlarının təkmilləşdirilməsinə dair komissiya yaradılıb

AMEA-da Biologiya və Tibb Elmləri Bölməsinin elmi müəssisələrinin strukturlarının təkmilləşdirilməsinə dair komissiya yaradılıb
# 05 dekabr 2012 15:00 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin elmi müəssisələrinin perspektiv fəaliyyətinin inkişafına və strukturlarının təkmilləşdirilməsinə dair Komissiya yaradılıb. Bu barədə APA-ya AMEA-nın Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu bildirib. Onun sözlərinə görə, Komissiya ölkə prezidentinin 04 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə Elmin İnkişafı üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə əlaqədar yaradılıb. Komissiyanın sədri akademik Əhliiman Əmiraslanovdur. Komissiyaya 15 gün müddətində Biologiya və Tibb Elmləri Bölməsi elmi müəssiəslərinin perspektiv fəaliyyətinin inkişafı və strukturlarının təkmilləşdirilməsinə dair təklifləri AMEA Rəyasət Heyətinə təqdim etməsi tapşırılıb.

S. Abbasoğlu deyib ki, bu istiqamətdə həyata keçiriləcək işlər sırasında Biologiya və Tibb Elmləri Bölməsinin elmi müəssisəslərinin təmir olunması, xüsusən də Badamdarda yerləşən Mərkəzi Nəbatat bağının müasir standartlara uyğun rekonstruksiya edilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR