Qaxda qanunsuz ov edənlər aşkarlanıb

Qaxda qanunsuz ov edənlər aşkarlanıb
# 04 dekabr 2012 11:24 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Qaxda qanunsuz ov edənlər aşkarlanıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Ləkit kəndi ərazisindəki meşə zolağında qeydə alınıb. Rayon sakinləri Xəlilbəy Ramazanov, İlkin Vahidov və Aftandil Məmmədov 1 baş cüyürü ovladıqlarına görə barələrində İnzibati Xətalar Maddəsinin 111.2-ci maddəsi ilə inzibati protokol tərtib edilib, "İJ" markalı ov tüfəngləri maddi sübutla birlikdə götürülərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR