Şuşada Qlobal Media Forumu başlayır - YENİLƏNİB

Şuşada Qlobal Media Forumu başlayır - YENİLƏNİB
# 21 iyul 2023 11:13 (UTC +04:00)

“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda iştirak edəcək əcnəbi media nümayəndələrini daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına enib.

APA xəbər verir ki, forumd aümumilikdə 120 media subyekti və 50 ölkədən 250-dən çox iştirakçı ilə təmsil olunur.

***

10:41

“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumu başlayır.

APA xəbər verir ki, Şuşa şəhərində keçiriləcək tədbirə ümumilikdə 120 media subyekti və 50 ölkədən 250-dən çox qonaq qatılacaq.

Açılış mərasimindən sonra forum sessiyalarla davam edəcək.

Sessiyalarda medianın gələcəyi - rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları və digər mövzular xarici və yerli mütəxəssislər tərəfindən panel müzakirəyə çıxarılacaq.

Qlobal forum çərçivəsində, eyni zamanda, bəzi paralel tədbirlərin - sərgi və təlimlərin də keçirilməsi nəzərdə tutulur.

Forum 23 iyul axşama qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR