Kaliforniyada sosial şəbəkələrdə ibtidai məktəblərin ünvanına təhdidlər səsləndirən erməni həbs edilib

Kaliforniyada sosial şəbəkələrdə ibtidai məktəblərin ünvanına təhdidlər səsləndirən erməni həbs edilib
# 18 dekabr 2012 02:45 (UTC +04:00)

Bakı-APA. Kaliforniya ştatının hüquq-mühafizə orqanları sosial şəbəkələrdə Los-Anceles şəhəri ibtidai məktəblərinin ünvanına təhdidlər səsləndirən şəxsi həbs ediblər. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, saxlanılan şəxsdən 9 silah, o cümlədən bir neçə tüfəng müsadirə olunub.

Polisin verdiyi xəbərə görə, 24 yaşlı Kayl Banqayan dekabrın 17-də saxlanılıb. Məhkəmə onun 500 000 dollar girov müqabilində azadlığa buraxıla biləcəyi barədə qərar qəbul edib. Hal-hazırda o istintaq təcridxanasında saxlanılır.

Məlumatda bildirilir ki, yerli sakin tərəfindən hüquq-mühafizə qurumlarına bir nəfərin sosial şəbəkələrdə ibtidai məktəblərin ünvanına təhdidlər səsləndirdiyi barədə məlumat daxil olan kimi, polis və Federal Təhqiqatlar Bürosunun əməkdaşları Banqayanın atası evinə gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR