Yardımlıda humanitar aksiya keçirib

Yardımlıda humanitar aksiya keçirib
# 15 dekabr 2012 16:50 (UTC +04:00)

Yardımlı. Ağəddin Babayev – APA. Dekabrın 1-dən Səhiyyə Nazirliyi tərəfindən “Sağlam həyat uğrunda” devizi ilə start götürən aylıq çərçivəsində “Azərsutikinti” trestinin xəstəxanası tərəfindən Yardımlı rayonunda humanitar aksiya keçirilib.

APA-nın Cənub bürosunun məlumatına görə, iki gün davam edən aksiya zamanı xəstəxananın təcrübəli həkim briqadası əhalinin tibbi müayinəsi, o cümlədən laboratoriya analizləri, ultrasəs müayinəsi, elektrokardioqrafiya müayinələrini aparıb.

Müayinələr zamanı aşkar edilən xəstəliklərlə bağlı sakinlər müvafiq stasionar və ambulator müalicəyə cəlb olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR