Rəcəb Tayyib Ərdoğan “Patriot” komplekslərinin quraşdırılacağı yerləri açıqlayıb

Rəcəb Tayyib Ərdoğan “Patriot” komplekslərinin quraşdırılacağı yerləri açıqlayıb
# 22 dekabr 2012 02:22 (UTC +04:00)

Bakı-APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan NATO müttəfiqləri tərəfindən ayrılmış “Patriot” zenit-raket komplekslərinin ölkə ərazisində quraşdırılacağı yerləri açıqlayıb. “Raketdən müdafiə sistemləri Türkiyənin cənub-şərqində - Adana, Qaziantep və Qəhrəmanmaras şəhərlərində yerləşdiriləcək”, deyə baş nazir qeyd edib.

APA-nın “Röyters” agentliyinə istinadən verdiyi məlumata görə, bundan əlavə, “Patriot” sistemlərini təqdim etmiş NATO üzvləri – ABŞ, Almaniya və Niderland hər biri Türkiyəyə 400 hərbçi göndərəcək.

Qeyd edək ki, Adana ölçüsünə görə Türkiyənin dördüncü şəhəri sayılır. Suriya sərhədindən cəmi 60 km aralıda yerləşir. Adanın yaxınlığında “İncirlik” birgə ABŞ-Türkiyə hərbi-hava bazası fəaliyyət göstərir.

Qaziantepdə 1,5 mln əhali yaşayır. Şəhər Suriya sərhədindən 60 km aralıda yerləşir, 500 min əhalisi olan Qəhrəmanmaras şəhəri isə Suriya sərhədindən 150 km aralıdadır.

“Patriot” sistemləri Türkiyə ərazisində tam olaraq 2013-cü ilin yanvarın sonuna yerləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR