Ermənistan Suriyadan qaçmış 100-ə yaxın erməni ailəsini işğal etdiyi Azərbaycan ərazilərində yerləşdirib

Ermənistan Suriyadan qaçmış 100-ə yaxın erməni ailəsini işğal etdiyi Azərbaycan ərazilərində yerləşdirib
# 26 dekabr 2012 10:23 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Ermənistan Ordusu tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində Suriyadan qaçmış 100-ə yaxın erməni ailəsi yerləşdirilib. APA-nın erməni mediasına istinadən verdiyi məlumata görə, əsasən Dağlıq Qarabağda, Kəlbəcər və Laçın rayonları ərazilərində məskunlaşdırılmış erməni ailələri Suriyada baş verən silahlı toqquşmalarla əlaqədar ölkəni tərk edərək Ermənistana sığınıblar.

Ermənistan isə qaçqın ailələri işğal etdiyi Azərbaycan ərazilərində məskunlaşdırıb.

İşğal altındakı Azərbaycan ərazilərində yerləşdirilmiş erməni ailələrinin mənzil və yardımlarla təmin olunduğu bildirilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR