Tanınmış diktor Ramiz Qafarov vəfat edib

Tanınmış diktor Ramiz Qafarov vəfat edib
# 26 oktyabr 2023 21:03 (UTC +04:00)

Tanınmış diktor Ramiz Qafarov vəfat edib.

APA xəbər verir ki, o, bu gün axşam saatlarında ürəktutmasından dünyasını dəyişib.

Məlumata görə, “Spartak” - “Xarı bülbül” voleybol matçında onun halı pisləşib.

Ramiz Qafarov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ramiz Qafarov həm də “Qarabağ”ın ev oyunlarında stadionun diktoru idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR