Sabirabadda sıxılmış qaz daşıyan yük maşını kanala aşıb - FOTOSESSİYA - YENİLƏNİB

Sabirabadda sıxılmış qaz daşıyan yük maşını kanala aşıb   - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB
# 28 noyabr 2012 10:55 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabadda sıxılmış qaz daşıyan yük maşını kanala aşıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad rayon Yanğından Mühafizə Hissəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, noyabrın 27-də saat 21:00 radələrində Bakı şəhər sakini Sadıqov Yasin Xıdır oğlunun idarə etdiyi qoşqulu “ZİL 130” markalı 20 BC 853 dövlət nömrə nişanlı sıxılmış propan qazı daşıyan yük maşını Suqovuşan kəndində kanala aşıb.

Avtomobilin çənində olan 8 ton sıxılmış qaz həmin ərazidə yerləşən maye qaz doldurulan məntəqə üçün nəzərdə tutulub. Hadisə ilə əlaqədar ərazidə yerləşən evlərin və Sabirabad Dövlət-Sosial İqtisad Kollecinin tələbələri və müəllim heyəti təxliyə olunub. Hazırda avtomobilin kanaldan çıxarılması üçün kranın gəlməsi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.

10:29

*******

Bakı. Fuad Cəfərov-APA. Sabirabad rayonunda yanacaq daşıyan maşın aşıb.


Bu barədə APA-ya Sabirabad Rayon Polis Şöbəsindən məlumat verilib.

Hadisə bu gün səhər 09.30 radələrində rayonda fəaliyyət göstərən Sosial İqtisadi Kollecin qarşısında qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və xilasedicilər cəlb edilib. Ərazidəki insanlar evakuasiya olunub və hazırda təhlükəsizlik tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR