Azərbaycan prezidenti albaniyalı həmkarını təbrik edib

Azərbaycan prezidenti albaniyalı həmkarını təbrik edib
# 27 noyabr 2012 16:12 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Albaniya prezidenti Buyar Nişaniyə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, dövlət başçısı Albaniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə prezidenti və bütün xalqı öz adından və Azərbaycan xalqı adından təbrik edib.

“Ümidvaram ki, Azərbaycanla Albaniya arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına sülh və rifah arzulayıram”, - deyə məktubda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR