Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyalar Ermənistana da ciddi ziyan vurub

Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyalar Ermənistana da ciddi ziyan vurub
# 19 noyabr 2012 08:25 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. Qərbin İrana qarşı sanksiyaları Ermənistana da ciddi ziyan vurur. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sanksiyalar Ermənistanda xüsusən kənd təsərrüfatı və emaledici sənayelərə ciddi təsir edib.

Məlumata görə, Ermənistanın bir çox müəssisələr artıq öz fəaliyyətini dayandırıb. Bunun əsas səbəbi ondan ibarətdir ki, bu ölkəyə xammal əsasən İrandan gəlir, lakin sanksiyalar səbəbilə İranın özündə də istehsal prosesi zəifləyib. Ermənistandakı müəssisələrin sahibləri bildiriblər ki, başqa ölkədən xammal gətirmək üçün 30-40 gün gözləmək lazımdır, buna görə də malların qiyməti dəfələrlə artır, keyfiyyət isə əksinə azalır.

Ermənistan İstehsalçılar və İş Adamları Birliyi ölkənin baş naziri Tiqran Sərkisyana müraciət edərək, bu acınacaqlı vəziyyətdən çıxmaq üçün kömək istəyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR