"Eurovision 2012" müsabiqəsi ərəfəsində Azərbaycanda terror hadisələri planlaşdırmaqda şübhəli bilinən dəstənin üzvlərinin məhkəməsi başlayıb

"Eurovision 2012" müsabiqəsi ərəfəsində Azərbaycanda terror hadisələri planlaşdırmaqda şübhəli bilinən dəstənin üzvlərinin məhkəməsi başlayıb
# 15 noyabr 2012 13:42 (UTC +04:00)

APA-nın məlumatına görə, qapalı keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxslər ifadə verərək özlərini qismən təqsirli bildiklərini deyiblər.

Proses noyabrın 19-da davam etdiriləcək.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində Bakı, Sumqayıt, Gəncə şəhərlərində, o cümlədən Qax, Zaqatala, Şəki, Quba rayonlarında xüsusi əməliyyat keçirib, terror hadisələri planlaşdırmaqda şübhəli bilinən ümumilikdə 40 nəfəri zərərsizləşdirib. Qrup üzvlərinin cinayət işləri mahiyyəti üzrə ayrı-ayrılıqda araşdırılır.

Onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 29,214.2.1, 29,214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən, təkrar terrorçuluq törətməyə cəhd), 206.4-cü (qaçaqmalçılıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR