ABŞ məktəbində atışma ilə bağlı şübhəli şəxs saxlanılıb

ABŞ məktəbində atışma ilə bağlı şübhəli şəxs saxlanılıb
# 15 dekabr 2012 00:19 (UTC +04:00)

Bakı-APA. ABŞ hüquq mühafizə orqanları Nyutaun şəhərinin ibtidai məktəbində 27 nəfərin ölümü ilə nəticələnən atışma ilə bağlı daha bir şübhəli şəxs saxlayıblar.

APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, polis hərbi geyimdə olan şəxsi məktəbin yaxınlığındakı meşədə saxlayıb.

Polis bir qədər əvvəl caninin tək olduğunu iddia edirdi.

Xatırladaq ki, ABŞ-ın Konnektikut ştatının Nyutaun şəhərinin ibtidai məktəbində 27 nəfərin ölümü ilə nəticələnən qətliamı 24 yaşlı Rayan Lansa törətdiyi müəyyənləşib. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, ölənlər arasında Rayan Lansanın məktəbdə çalışan anası da var. Bundan başqa, evdən çıxarkən Lansa atasını da güllələyib.

Nyutaun şəhərinin ibtidai məktəbində baş verən atışmada həlak olanların sayı 27-yə çatıb, ölənlərin 18 nəfəri uşaqdır.

Atışma zamanı məktəbdə ən azı 600 uşaq olub. Cinayətkar məhv edilib. Atışmada məktəb direktoru və psixoloq həlak olub. Polis hadisə yerində minimum iki tapança tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR