Baş nazirin müavini: “Yağış və qarın yağması sürüşmə zonasında vəziyyəti daha da gərginləşə bilər” - FOTO

Baş nazirin müavini: “Yağış və qarın yağması sürüşmə zonasında vəziyyəti daha da gərginləşə bilər” - <span style="color: red;">FOTO
# 06 dekabr 2012 10:23 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Abid Şərifov Bakının Badamdar qəsəbəsindəki sürüşmə zonasına baxış keçirdikdən sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sürüşmənin qarşısı alınmalıdır. A. Şərifoun sözlərinə görə, payız-qış mövsümündə yağış və qarın yağması vəziyyəti daha da gərginləşdirə bilər. Ona görə də işlər indidən görülməlidir.

Qeyd edək ki, bu gün baş nazirin müavini Abid Şərifovun rəhbərlik etdiyi heyət Bakının Badamdar qəsəbəsindəki sürüşmə zonasına baxış keçirib, mövcud vəziyyət müzakirə olunub.

Dekabrın 1-i Badamdar qəsəbəsindən 20-ci kilometrə gedən avtomobil yolunun sağ tərəfində sürüşmə baş verib. İlkin sürüşmənin eni 180-220 metr, uzunluğu 250 metrə qədər, çatın görünən dərinliyi isə 4-5 metrə qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR