Emin Amerikada yeni albomunun təqdimatını keçirib - FOTOSESSİYA

Emin Amerikada yeni albomunun təqdimatını keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 30 noyabr 2012 13:15 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Rusiyada yaşayan azərbaycanlı bəstəkar-müğənni Emin Ağalarov Nyu-Yorkda yeni “After The Thunder” albomunun təqdimatını keçirib. Müğənninin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Amerika mətbuatının maraq göstərdiyi bu təqdimat mərasimində WNYC TV, Life & Style jurnalı, Good News Broadcasting, Sirius XM Radio, KCBD, WOWVK TV, Bww World və başqa KİV nümayəndələri iştirak ediblər. Təqdimatın səhəri günü Emin ölkənin reytinqli səhər şoularından biri olan CBS This Morning – də iştirak edib.

Eminin debüt sinqlı “Baby Get Higher”in ölkənin çartında irəliləməklə başlayıb. Artıq 6 həftədir ki, sinql 20 ən yaxşı topluqda yer alır. Bu top 20-likdə Adele “Skyfall” mahnısı ilə birincidir. Bu həftə Eminin ifa etdiyi kompozisiya TOP-20 Billboard Hot Singles Charts-da 13-cü, MQB AC çartda isə 14-cü pilləyə yüksəlib. Emin 2013-cü ilin fevralında əfsanəvi musiqi prodüseri Kevin Şirli (Kevin Shirley) ilə birgə yeni valın yazılışını həyata keçirəcək.

Qeyd edək ki, Emin dekabrın 11-də Moskvanın “Crocus City Hall” konsert salonunda ilk dəfə olaraq simli orkestrlə birgə konsert verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR