Mili Məclisdə «Reproduktiv sağlamlıq haqqında» qanun layihəsi müzakirəyə çıxarılıb

Mili Məclisdə «Reproduktiv sağlamlıq haqqında» qanun layihəsi müzakirəyə çıxarılıb
# 21 noyabr 2012 10:02 (UTC +04:00)

APA-nın məlumatına görə, iclasda «Reproduktiv sağlamlıq haqqında» qanun müzakirəyə çıxarılıb.

Komitənin sədri Hadı Rəcəbli qeyd edib ki, bu qanun layihəsinin ərsəyə gəlməsi böyük çətinliklər, tənqidi çıxışlar bahasına başa gəlib. Belə ki, layihənin təqdim olunması 3 il uzanıb və bu müddət ərzində layihə beynəlxalq ekspertlər tərəfindən yoxlanılıb. Komitə sədri qeyd edib ki, “surroqat ana” məsələsi xeyli müzakirələrə səbəb olduğundan, müvafiq bənd layihədən çıxarılıb: “Amma vaxt gələcək ki, bu məsələ də qanuna daxil ediləcək”.

H. Rəcəbli onu da deyib ki, “Reproduktiv sağlamlıq haqqında” qanun qəbul olunduqdan sonra onun icrası 300-400 min manat vəsait tələb edir: “Biz çalışmalıyıq ki, bu xərcləri 2013-cü ilin büdcəsinə daxil edək. Çünki bu sahədə işlərin görülməsini yubatmadan başlamaq lazımdır. Məsələn, bu gün kəndlərdə seksual mədəniyyətin aşağı olması xeyli ailə problemlərinə səbəb olur”.

Layihə ilə bağlı ictimai müzakirələrin keçirilməsi qərara alınıb.

Qeyd edək ki, qanun layihəsi 4 fəsildən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR