Serj Sarkisyanın sənədləri MSK-ya təqdim edilib

Serj Sarkisyanın sənədləri MSK-ya təqdim edilib
# 27 dekabr 2012 12:54 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ermənistan prezidenti Serj Sarkisyan ölkədə keçiriləcək növbəti prezident seçkilərində iştirakını rəsmən təsdiqləyib. APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, S. Sarkisyanın səlahiyyətli nümayəndəsi Seyran Yüzbaşyan onun prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Xatırladaq ki, prezident seçkilərində iştirakla bağlı sənədlərin təqdim edilməsi müddəti 2013-cü il yanvarın 4-də başa çatır.

Ermənistanda prezident seçkiləri 2013-cü il fevralın 18-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR