İran ölkəyə xarici valyuta və qızılın giriş-çıxışına məhdudiyyət qoyub

İran ölkəyə xarici valyuta və qızılın giriş-çıxışına məhdudiyyət qoyub
# 13 noyabr 2012 10:22 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranın Mərkəzi Bankı xarici valyuta və qızılın ölkəyə giriş-çıxışına məhdudiyyət qoyub.

APA-nın İSNA-ya istinadən məlumatına görə, qərara əsasən, fiziki şəxslərin 5 mln. rial (160 ABŞ dolları) xarici valyuta və 150 qram qızıl daşınmasına icazə verilir. Bu məhdudiyyət İran vətəndaşlarına və ölkə ərazisində daimi yaşamayanlara (qeyri-rezidentlər) da tətbiq edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR