Gürcüstandan Azərbaycana qanunsuz gətirilən mobil telefon partiyası aşkarlanıb

Gürcüstandan Azərbaycana qanunsuz gətirilən mobil telefon partiyası aşkarlanıb
# 27 noyabr 2012 13:58 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Gürcüstandan Azərbaycana gömrük nəzarətindən gizlədilmiş şəkildə keçirilməyə cəhd olunan mobil telefon və aksesuarlar aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin «Sınıq Körpü» gömrük postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşı Maqamedali Nəsibovun idarə etdiyi «Mercedes-Benz Sprinter 416 CDI» markalı sərnişin mikroavtobusuna gömrük nəzarəti zamanı həmin avtobusun salonunda, gömrük nəzarətindən gizlədilmiş şəkildə «Nokia» və «Samsung» markalı 95 ədəd mobil telefon (müxtəlif modelli) və müxtəlif mobil telefonlara aid aksesuarlar - 95 ədəd karton qutu, 92 ədəd akkumulyator, 92 ədəd qidalandırma cihazı və 63 ədəd «qulaqcıq» aşkar edilərək saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR