Bakıda axtarışda olan 4 nəfər yaxalanıb

Bakıda axtarışda olan 4 nəfər yaxalanıb
# 01 dekabr 2012 09:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda axtarışda olan şəxslər yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Nicat Aslanov noyabrın 30-da saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarışda olan Rəşad Qurbanov noyabrın 30-da tutulub.

Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 78-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Qeybulla Məmmədov noyabrın 30-da saxlanılıb.

Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində CM-in 243-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə axtarışda olan Günay Babayeva noyabrın 30-da tutulub.

Faktlarla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR