"Yaşıl iqtisadiyyat" mövzusunda dəyirmi masa keçirilib - FOTOSESSİYA

"Yaşıl iqtisadiyyat" mövzusunda dəyirmi masa keçirilib   - <span style="color: red;">FOTOSESSİYA
# 15 noyabr 2012 09:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün İDEA kampaniyasının keçirdiyi "Yaşıl həftə" layihəsi çərçivəsində "Yaşıl iqtisadiyyat" mövzusunda dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə tədbirdə BMT-nin ətraf mühit proqramının regional direktoru Jan Dusik, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Broyek, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktor Fərhad Məmmədov və digər qonaqlar iştirak ediblər.

BMT-nin ətraf mühit proqramının regional direktoru Jan Dusik bildirib ki, Azərbaycanda hökumət və İDEA tərəfindən ekologiya ilə bağlı bir sıra tədbirlər həyata keçirilir və mühüm işlər görülür: "Ancaq ekologiya sahəsində hələ də öz həllini tapmayan bəzi məsələlər var. Onların da həlli üçün “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi çox vacibdir. Bu istiqamətdə Azərbaycanda yaxşı şərait var. BMT müəyyən işlərin görülməsində Azərbaycana hər zaman dəstək olmağa hazırdır".

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov isə qeyd edib ki, görülən işlər nəticəsində ətraf mühitə atılan qaz tullantılarının sayı 2 dəfə azalıb. Belə ki, əgər əvvəllər ətraf mühitə 74 milyon ton karbon qazı buraxılırdısa, indi bu rəqəm 40-42 milyon tondur: “Nəqliyyat sahəsini buradan çıxsaq, rəqəmlər 30-35%-dək azalmış olar. Bunun əsas səbəblərindən biri də ölkədə “yaşıl iqtisadiyyat”ın inkişafı istiqamətində həyata keçirilən işlərdir. “Yaşıl iqtisadiyyat”ı inkişaf etdirmək üçün insanların təfəkkürünü bu sahəyə yönləndirmək və onu qorumaq lazımdır".

Tədbirin davamında çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov da “yaşıl iqtisadiyyat”ın əhəmiyyətindən danışıb.

Qeyd edək ki, İDEA və UNEP-in birgə təşkilatçılığı ilə keçirilən "Yaşıl həftə" layihəsinə noyabrın 16-da yekun vurulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR