Azərbaycanlı aspirant Dehlidə keçirilən beynəlxalq konfransda çıxış edib - FOTO

Azərbaycanlı aspirant Dehlidə keçirilən beynəlxalq konfransda çıxış edib - <span style="color: red;">FOTO
# 19 noyabr 2012 13:35 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Hindistanın paytaxtı Dehlidə “Mamalıq, ginekologiya və perinatologiyanın əsasları” mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın məlumatına görə, beynəlxalq konfransda Kanada, Amerika , Böyük Britaniya, Hindistan, İsrail, İtaliya, Hollandiya və digər Avropa ölkələrindən olan həkim və tibb mütəxəssisləri iştirak edib. Adıçəkilən ölkələrlə yanaşı Azərbaycanın “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində İ.M.Seçenov I Moskva Dövlət Tibb Universitetində mamalıq və ginekologiya ixtisası üzrə aspirantı Ülviyyə Qasımova da qatılıb. Qeyd olunan mövzu ilə bağlı konfransda Ülviyyə Qasımovanın bir neçə çıxışı dinlənilib. Ü.Qasımova ilk gün “Uşaqlıq arteriyası embolizasiyasının reproduktiv yaşda olan qadınların həyat tərzinə təsiri”, ikinci gün isə “Autoimmun mənşəli ooforit, uşaqlıq ateriyası embolizasiyasının nəticəsi kimi” başlıqlı prezentasiya çıxışları edib. Hər iki çıxış maraqla qarşılanıb. Araşdırmanın ginekologiya sahəsində çox önəmli olduğunu və səhiyyənin inkişafı üçün yararlı olduğu söylənilib. İştirakçılar mövzu barəsində bütün suallarına dolğun cavab alıblar.

Qeyd edək ki, Ülviyyə Qasımova ali təhsilini Azərbaycan Tibb Universitetinin müalicə fakültəsində alıb və həmin Universiteti fərqlənmə diplomu ilə bitirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR