Ziyafət Əsgərov: “Azərbaycan hakimiyyəti daxilində ikitirəlik yoxdur”

Ziyafət Əsgərov: “Azərbaycan hakimiyyəti daxilində ikitirəlik yoxdur”
# 12 noyabr 2012 10:48 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. «2013-cü il prezident seçkiləri ilə bağlı hakimiyyət daxilində təlatümlər yaşanması ilə bağlı müxalif mətbuatda yazılanlar onların fikirləri deyil, yuxusudur. Müxalifət yuxunu görür, sonra isə onu mətbuatda yozmağa başlayır». APA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda Azərbaycan hakimiyyəti çox möhkəm və mobildir: «Ola bilsin ki, müxalifətin daxilində ikitirəliklər var. Amma Azərbaycan hakimiyyətinin daxilində belə şeylər ola bilməz. Biz seçkilərə çox yüksək əhval-ruhiyyə ilə gedəcəyik».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR