Xətai və Nizami rayonlarının su təchizatında fasilə olacaq

Xətai və Nizami rayonlarının su təchizatında fasilə olacaq
# 14 dekabr 2012 06:48 (UTC +04:00)

Bakı – APA-Economics. Bakı şəhərinin rayonlarına verilən içməli suyun həcminin dəqiqləşdirilməsi məqsədi ilə magistral su kəmərləri üzərində sayğacların quraşdırılması işləri həyata keçirilir.

«Azərsu» ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, paytaxtın Xətai və Nizami rayonlarında aparılacaq quraşdırma işləri ilə əlaqədar bu gün həmin rayonların bir hissəsinə - Babək prospekti, NZS və Keşlə qəsəbələrinə içməli su gün ərzində fasilələrlə veriləcək. Yaranmış narahatlıqla əlaqədar «Azərsu» abunəçilərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR