Azərbaycanda ekspress qatarların ləğvinin səbəbi açıqlanıb

Azərbaycanda ekspress qatarların ləğvinin səbəbi açıqlanıb
# 05 dekabr 2012 08:30 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərov bildirib.

A.Əsgərovun sözlərinə görə, ölkənin bir sıra şəhərlərinə hərəkət edən ekspress qatarların ləğv olunması və ya onların vaqonlarının sayının azaldılması bu qatarlardan istifadə edənlərin sayının azalması ilə bağlıdır: «Bu gün Azərbaycanda yeni avtomobil yollarının tikintisindən sonra bu yollarla hərəkət edən avtobusların sürəti artıb. Buna görə də vətəndaşlarımız avtomobillə səyahət etməyə üstünlük verirlər. Amma gələcəkdə dəmir yolunda yenidənqurma işləri başa çatandan sonra qatarların sürətini 140 km/saata çatdırmaq mümkün olacaq. Yəqin ki, elə vəziyyətdə dəmir yoluna maraq artacaq».

A.Əsgərov bildirib ki, Bakı ətrafında elektrik qatarlarının bərpası nəzərdə tutulmur: «Amma Bakı-Sumqayıt marşrutu ilə belə bir elektrik qatarının işə düşməsi məsələsinə baxılır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR