ABŞ yaxın vaxtlarda Əfqanıstandakı qoşunun taleyinə dair qərar qəbul edəcək

ABŞ yaxın vaxtlarda Əfqanıstandakı qoşunun taleyinə dair qərar qəbul edəcək
# 27 noyabr 2012 03:54 (UTC +04:00)

Bakı-APA. ABŞ administrasiyası yaxın vaxtlarda 2014-cü ildən sonra Əfqanıstanda qalacaq hərbi kontingentin miqdarı barədə qərar qəbul edəcək.

Daha öncə Ağ Ev 2014-cü ilin sonunadək Əfqanıstandan bütün qoşunlarını çıxaracağını bildirirdi. Eyni zamanda həm Ağ Ev, həm də Pentaqon gələcəkdə 2014-cü ildən sonra Əfqanıstanda müəyyən miqdarda qoşunun qala biləcəyini istisna etmirdilər. KİV-in məlumatına görə, söhbət 25 min hərbçi və bir neçə min mülki təlimatçılardan gedir.

«Prezident Barak Obama hələlik bu barədə qərar qəbul etməyib. Prezident Pentaqonun təkliflərini nəzərdən keçirəcək və onları Əfqanıstan rəsmiləri ilə müzakirə edəcək … Ola bilsin ki, o yaxın həftələr və ya aylarda qərar qəbul edəcək», deyə Ağ Evin mətbuat katibi Cey Karni bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR