Gənc Tamaşaçılar Teatrı Yeni ilə hazırlaşır

Gənc Tamaşaçılar Teatrı Yeni ilə hazırlaşır
# 08 dekabr 2012 11:14 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın yaradıcılıq işləri gedir. Yeni il üçün nəzərdə tutulan tamaşanın müəllifi teatrın quruluşçu rejissoru, aktyor Nicat Kazımovdur. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu dəfə müəllif azyaşlı tamaşaçılar üçün “Qar qızı kim oğurladı?” pyesi əsasında səhnələşdirdiyi eyniadlı tamaşanı hazırlayır. Səhnə əsərinin quruluşçu rejissoru və rəqslərin quruluşçusu Nicat Kazımov, bədii tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır. Tamaşada rolları Zümrüd Quliyeva (Qar qız), Zülfiyyə Alhüseynova (Meşə ilahəsi), Xəyal Salahov, Anar Səfiyev (Küpəgirən qarı), Müşfiq Əliyev (Qar adamı), İradə Rəşidova (dovşan), Səfa Mehdi (dələ), Vahid Orucoğlu (ayı), Eşqin Quliyev (pinqvin) canlandıracaqlar. Bayram proqramı və yeni tamaşa dekabrın 27-dən, yanvarın 5-dək saat 12.00, 14.00, 16.00, 18.00-da nümayiş etdiriləcək. Bundan başqa, həmişə olduğu kimi, şənlik iştirakçılarını Şaxta baba və Qar qız qarşılayıb, teatrın Yeni il bayramı üçün bəzədilmiş foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanmış yeni il proqramına dəvət edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR