Sergey Ryabkov: «İranı müharibə ilə təhdid etmək odla oynamaqdır»

Sergey Ryabkov: «İranı müharibə ilə təhdid etmək odla oynamaqdır»
# 24 noyabr 2012 11:44 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. «İranı müharibə ilə təhdid etmək nüvə müzakirələrinə zərər verəcək». APA-nın IRIB-ə istinadən məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

O bildirib ki, Tehranla aparılan nüvə müzakirələrinin davam etməsi üçün İran hərbi yöndən təhdid edilməməlidir: «Bölgə ölkələrində ciddi problemlər var. Hazırkı vəziyyətdə hərbi təhdidlərin dilə gətirilməsi təhlükəli nəticələr verə bilər. İranın nüvə problemini həll yolu müzakirələrdir. Bu ölkəni müharibə ilə təhdid etmək odla oynamaqdır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR