Yanukoviç Ukrayna hökumətini istefaya göndərib

Yanukoviç Ukrayna hökumətini istefaya göndərib
# 03 dekabr 2012 14:31 (UTC +04:00)

Bakı-APA. Ukrayna prezidenti Viktor Yanukoviç baş nazir Nikolay Azarov və Nazirlər Kabineti üzvlərinin istefasını qəbul edib. APA-nın məlumatına görə, hökumətə yeni Nazirlər Kabineti fəaliyyətə başlayana kimi səalhiyyətlərinin icrasını davam etdirmək tapşırılıb.

Qeyd edək ki, hökumətin istefa verməsi oktyabrın 28-də keçirilmiş parlament seçkilərinin nəticələri ilə əlaqədardır. Hökumətin bir çox üzvləri, o cümlədən Regionlar Partiyasının siyahısına rəhbərlik edən baş nazir Nikolay Azarov Rada üzvü seçilib. Səsvermə nəticəsində “regionçular” yeni radada 187 mandat qazanıblar, hökumətin formalaşdırılması üçün isə 226 deputatın dəstəyinə ehtiyac var.

Artıq majoritar sistem üzrə seçilmiş deputatlardan 40-a yaxını Regionlar Partiyasının parlament fraksiyasında təmsil olunmaq üçün müraciət ediblər. Eskpertlər Nikolay Azarovun yenidən baş nazir seçilmə ehtimalının yüksək olduğunu bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR