İranın Heratdakı Baş Konsulluğu hücuma məruz qalıb

İranın Heratdakı Baş Konsulluğu hücuma məruz qalıb
# 10 dekabr 2012 10:31 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Herat şəhərindəki Baş Konsulluğu hücuma məruz qalıb. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bir qrup insan konsulluğun binasının şüşələrini sındırıb və qapılarını qırıb. Polis onları havaya atəş açaraq dağıdıb.

İranın Heratdakı Baş Konsulluğunun bir diplomatı hadisə ilə bağlı bunları deyib: “Bu hücum guya bir neçə ay əvvəl 13 əfqanın qeyri-qanuni şəkildə İrana keçərkən təhlükəsizlik gücləri tərəfindən öldürüldüyünə dair əsassız xəbərlərin ortaya çıxmasına etiraz məqsədilə təşkil edilib. Onlar öldürüldüyü güman olunan şəxslərin meyitlərini istəyirlər. Ancaq bu xəbərlər həqiqətə uyğun deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR