AMEA üzvlüyünə seçkilər gələn il keçiriləcək

AMEA üzvlüyünə seçkilər gələn il keçiriləcək
# 22 noyabr 2012 08:20 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. “Azərbaycan Milli Elmlər Akademiyasının boş qalan həqiqi və müxbir üzv yerinə seçkilər gələn ilə qalıb”. Bu barədə APA-ya AMEA prezidenti Mahmud Kərimov bildirib. Onun sözlərinə görə, seçkilərin AMEA-nın ümumi yığıncağına qədər keçirilməsi nəzərdə tutulur: “Akademiyanın ümumi yığıncağı gələn ilin aprel ayında olacaq. Bunun üçün hazırlıq işləri aparılır. Ümidvaram ki, bu dəfə seçkiləri keçirmək baş tutacaq”.

Qeyd edək ki, bir müddət əvvəl AMEA prezidenti Akademiyanın həqiqi və müxbir üzvü yerinə seçkilərin ilin sonuna qədər mütləq keçirilməli olduğunu və Rəyasət Heyətinin öz legitimliyini itirdiyini demişdi. Buna səbəb Rəyasət Heyəti üzvlərinin səlahiyyət müddətlərinin bitməsidir. Rəyasət Heyəti üzvləri, o cümlədən prezident və vitse-prezidentlər 5 ildən bir seçilir.

Xatırladaq ki, AMEA üzvlüyünə seçkilər sonuncu dəfə 2007-ci ilin iyul ayında keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR