Azərbaycan hökuməti və parlamentinin üzvlərindən ibarət heyət İspaniyaya rəsmi səfərə gedəcək

Azərbaycan hökuməti və parlamentinin üzvlərindən ibarət heyət İspaniyaya rəsmi səfərə gedəcək
# 19 noyabr 2012 09:00 (UTC +04:00)

Bakı. Pərvin Abbasov-APA. Azərbaycan hökumətinin yüksək vəzifəli şəxsləri və Milli Məclisin bir qrup deputatı İspaniyaya rəsmi səfərə gedəcək. APA-nın əldə etdiyi məlumata görə, baş naziri müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun da qatıldığı səfər noyabrın 21-dən 23-dək davam edəcək. Səfər çərçivəsində İspaniyanın hökumət və parlament nümayəndələri ilə yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulub. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi, ikitərəfli əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR