Xəzərin Azərbaycan sektorunda sualtı seymik stansiyaların quraşdırılması gələn ilə qalıb

Xəzərin Azərbaycan sektorunda sualtı seymik stansiyaların quraşdırılması gələn ilə qalıb
# 20 noyabr 2012 10:02 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, stansiyaların bu il ərzində quraşdırılması nəzərdə tutulsa da, bu, hələlik mümkün deyil. Quraşdırılmanın gecikməsinə səbəb suyun soyumasıdır. Hazırda sualtı seysmik stansiyaların quraşdırılması ilə bağlı layihə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Layihə İnstitutunda baxılma mərhələsindədir: “Dünyada cəmi bir neçə sualtı seymik stansiya var. Onlar adətən məlumatları müəyyən vaxtdan bir mərkəzi serverə ötürürlər. Biz isə istəyirik ki, elə stansiya quraşdıraq ki, baş verən proseslər saniyəbəsaniyə mərkəzə ötürülsün. Gecikmənin səbəblərindən biri də budur”.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorunda sualtı seysmik stansiyaların quraşdırılması üçün Amerikanın “Kinemetrics” şirkəti ilə müqavilə 2011-ci ildə bağlanılıb. Stansiyalar “Ümid”, “Günəşli” və “Bahar” yataqlarında quraşdırılacaq. Bu, MDB məkanında quraşdırılacaq ilk sualtı stansiyalar olacaq. Stansiyalar bu ilin sentyabr ayında ölkəyə gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR