Mingəçevirdə tələbə bıçaqlanıb

Mingəçevirdə tələbə bıçaqlanıb
# 19 noyabr 2012 15:49 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, Mingəçevir Politexnik İnstitutunun III kurs tələbəsi Ələkbərov Fazil Vaqif oğlu bədəninin müxtəlif yerlərindən 10-a yaxın bıçaq xəsarəti alaraq Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib. Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri - İsrafilov Xəyal Sahib oğlu və onun qardaşı İsrafilov Ceyhun tutularaq istintaqa təhvil verilib. Hadisənin mobil telefon üstündə olan insident zamanı baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR