Azərbaycanda vergi cinayətləri törədənlərin əksəriyyəti ali təhsillidir

Azərbaycanda vergi cinayətləri törədənlərin əksəriyyəti ali təhsillidir
# 22 noyabr 2012 11:50 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda 2000-2011-ci illərdə vergi hüquqpozmaları ilə bağlı cinayət əməlləri törədənlərin əksəriyyəti ali təhsillilərdir. «APA-Economics»in məlumatına görə, bunu Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin kriminalistika və uçot bölməsinin rəisi İlqar İbadov bildirib.

Onun sözlərinə görə, bu dövrdə 2 155 şəxs vergi cinayəti törədib ki, onlardan 1 481-i və ya 68,7%-i ali təhsillilər, 37,3%-i isə orta təhsillilər olub.

İ.İbadov bildirib ki, vergi cinayəti törədən ali təhsillilər əsasən müəssisə rəhbərləri, şirkət və firmaların direktorlarıdır.

Ölkədə cinayət törədən şəxslərin əksəriyyəti yerli vətəndaşlardır – 2 155 şəxsdən 2 089-u və ya 96,9%-i Azərbaycan vətəndaşları, 66-sı və ya 3,1%-i isə əcnəbilərdir. Cinayət törədən əcnəbilərin isə əksəriyyəti MDB ölkələrinin vətəndaşlarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR