Qobustan rayonunda polis əməkdaşı özünü bıçaqlayıb

Qobustan rayonunda polis əməkdaşı özünü bıçaqlayıb
# 10 dekabr 2012 18:50 (UTC +04:00)

Qobustan. Elvin Yaqubov-APA. Qobustan rayonunda polis əməkdaşı bıçaqlanmış vəziyyətdə xəstəxanaya çatdırılıb.

APA-nın məlumatına görə Qobustan rayon Polis Şöbəsinin əməkdaşı, 1990-cı il təvəllüdlü Cəfərov Cəfər Firudin oğlu ürək nahiyəsindən ağır bıçaq xəsarəti alaraq, Şamaxı Mərkəzi rayon xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan polis əməkdaşı dərhal əməliyyat olunub. Hazırda onun vəziyyəti orta ağırdır.

O, bıçaqla öz ürəyinə xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR