ADP İdarə Heyətinin toplantısı keçirilib

ADP İdarə Heyətinin toplantısı keçirilib
# 26 noyabr 2012 13:09 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Azərbaycan qazının Türkiyə ərazisində qəbulu, tranziti və satışına dair müstəqil boru kəmərinin inşası və Türkiyə ilə Azərbaycan arasında “Trans-Anadolu Boru Kəməri” sazişinin təsdiq edilməsi ətrafında müzakirələr aparılıb, bu saziş strateji baxımdan düzgün və ölkəmizin müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsinə xidmət edən addım kimi dəyərləndirilib.

İdarə Heyəti Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının 7-ci Baş Assambleyasının keçirilməsi məsələsini də müzakirə edib.

Toplantıda AXCP fəalı Dəyanət Babayevin həbsi pislənilib. ADP üzvü Rəsul Mürsəlovun da azadlığa buraxılması tələb olunub.

İdarə Heyəti Azərbaycanda ötən gün Aşura tədbirlərinin keçirilməsi zamanı hakimiyyət orqanlarının müdaxilələrini də məqbul hesab etməyib.

İclasın sonunda partiyanın cari fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR