Gürcüstanda ali məktəblərin hazırlıq kurslarına qəbul olan azərbaycanlı tələbələrin sayı artıb

Gürcüstanda ali məktəblərin hazırlıq kurslarına qəbul olan azərbaycanlı tələbələrin sayı artıb
# 27 avqust 2017 13:05 (UTC +04:00)

Gürcüstanda “4+1” proqramı ilə ali məktəblərin hazırlıq kurslarına qəbul olunan azərbaycanlı və erməni tələbələrin sayı artıb.

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin direktoru Maya Miminoşvili keçirdiyi brifinqdə bildirib.

2013-cü ildə “4+1” proqramına qəbul olunmuş azərbaycanlı və erməni tələbələrin sayı 887 nəfər idisə, bu il onların sayı artaraq 1047 nəfərə çatıb. Bu il ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş 39 min abituriyentin 28 176-sı tələbə adını qazana bilib.

Qeyd edək ki, Gürcüstanda 2010-2011-ci tədris ilindən tətbiqinə başlanılmış “4+1” proqramına əsasən, milli azlıqlardan olan abituriyentlər doğma dillərində ümumi biliklər üzrə imtahan verərək ali məktəbin intensiv gürcü dili kursuna daxil olur. Bir illik kursu başa vuran tələbələr tələb olunan krediti topladıqdan sonra bakalavr pilləsi üzrə təhsilini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR