Abdurrahim Albayrak: “Bakıda “Qalatasaray”ın mağazasının dolub-boşalmasını istəyirəm” - FOTOSESSİYA

Abdurrahim Albayrak: “Bakıda “Qalatasaray”ın mağazasının dolub-boşalmasını istəyirəm”   - <span style="color: red;">FOTOSESSİYA
# 13 dekabr 2012 15:00 (UTC +04:00)

Bakı – APA. “Nurəddin Kantarelliyə təşəkkürümü bildirirəm. Burda yaxşı dostlar qazanıb. Həmin dostlar ki, “Qalatasaray”ın mağazasını açmağa qərar verib. Biz də buna razılıq verdik”. Apasport.az saytının məlumatına görə, bunu “Qalatasaray”ın İdarə Heyətinin üzvü Abdurrahim Albayrak jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Bu gün Bakıda “Qalatasaray”ın “GS Store” adlı mağazasının açılış mərasimi olub. Yağmurlu havada çoxsaylı media mənsublarını və “cim-bom”lu fanatları gözlədən Albayrak klub prezidentinin, məşqçilər heyətinin və futbolçuların salamlarını çatdırdı: “Mən bu mağazanın açılışı üçün burdayam. İnşallah, bu mağaza daha çox “Qalatasaray” məhsulu satan mağaza olar. Azərbaycanlı qardaşlarımıza güvənirəm. Həm türk xalqı, həm də “Qalatasaray”lı olaraq onları çox sevirəm. Buranın indidən sonra dolub-boşalmasını istəyirəm. Çünki alacağınız hər məhsul sevimli klubunuzun xeyrinə olacaq. Saxta məhsullar almayın. Gəlin, “Qalatasaray”ın mağazasından orijinal keyfiyyətli aksessuar, geyimləri alın”.

Sonda Albayrak mağazanın sahiblərindən olan Orxan Məmmədəliyevi jurnalistlərə də tanıtdı: “Biz onunla bağlı kiçik araşdırma aparmışdıq. Gördük ki, o, burda “Qalatasaray”lı tərəfdarlar arasında çox tanınır və sevilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR