«Sahil» metro stansiyasında təmirə bağlanmış ikinci eskalator yaxın günlərdə istifadəyə veriləcək

«Sahil» metro stansiyasında təmirə bağlanmış ikinci eskalator yaxın günlərdə istifadəyə veriləcək
# 04 dekabr 2012 06:48 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabrın 10-dan əsaslı təmirə dayandırılmış «Sahil» metro stansiyasının ikinci eskalatorunun əsaslı təmiri başa çatdırılıb.

«APA-Economics»in Bakı Metropoliteninin yaydığı xəbərə istinadən verdiyi məlumata əsasən, təlimat tələblərinə görə, 10 min km-dən artıq istismar olunmuş eskalator əsaslı təmirə dayandırılmalıdır. Ötən dövr ərzində eskalatorun hissələri çıxarılaraq təftiş olunub, lazım olanları yenilənib, qalanları isə təmir edilib.

Sözügedən eskalator artıq təmir edilib ki, eskalator hərəkətdə yoxlanılmaqla, onun hərəkət sistemi qiymətləndiriləcək, aşkarlanarsa, nöqsan və qüsurlar aradan qaldırılacaq.

Bu həftə sərnişinlərin təhlükəsizliyini tam təmin etmək məqsədilə son yoxlamalar aparılacaq. Eskalatoru birləşmiş emalatxanalardan təhvil alacaq eskalator distansiyası onu istismara vermək üçün, qaydalara əsasən, böyük qazan müfəttişinin yoxlamasının nəticəsini gözləməlidir. Bu baxış və yekun qərar 2-3 gündən sonra veriləcək.

«Bakıda metropoliten fəaliyyətə başlayandan istismar olunan «Sahil» stansiyasında eskalatorların da istismar müddətinin başa çatmasına da az qalıb və onların daha müasirləri ilə əvəzlənməsi qarşıdakı illərin perspektiv planına daxildir», - deyə metropolitenin məlumatında bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR