Azərbaycan İranın qeyri-neft məhsulları idxal etdiyi ölkələr sırasında 11-ci yeri tutur

Azərbaycan İranın qeyri-neft məhsulları idxal etdiyi ölkələr sırasında 11-ci yeri tutur
# 26 dekabr 2012 10:14 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Son illər Azərbaycanla İran arasında ticarət əlaqələri genişlənib və hazırda Azərbaycan İranın qeyri-neft məhsulları idxal etdiyi ölkələr sırasında 11-cidir”. APA-nın məlumatına görə, bunu İranının Azərbaycandakı səfirliyinin ticarət müşaviri Seyid Fərəc Şəhidi “İran” Xəbər Agentiyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu ilin 8 ayı (mart-noyabr) ərzində İrandan Azərbaycana əsasən sement, kartof, neft-kimya, qida məhsulları, tikinti materialları ixrac edilib. Bu müddət ərzində Azərbaycanın İrandan idxal etdiyi məhsulların ümumi dəyəri 384 mln. ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 18% çoxdur. Bu rəqəmin ilin sonuna kimi 600 mln. dollar olacağı gözlənilir.

Hesabat dövründə Azərbaycandan İrana əsasən ümumi dəyəri 37 mln. dollar olan metal konstruksiyalar, ağac məhsulları, cecə və kəpək ixrac edilib. Şəhidi bildirib ki, hazırda İran tibbi və turistik xidmətlərin göstərilməsi, qida, quru meyvə, geyim, mebel, tikinti materialları, tibbi avadanlıqlar, dərman preparatları istehsalı üzrə regionda xüsusi yer tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR