Gürcüstanda bir qrup keçmiş yüksək vəzifəli məmur həbs olunub

Gürcüstanda bir qrup keçmiş yüksək vəzifəli məmur həbs olunub
# 19 dekabr 2012 23:41 (UTC +04:00)

Bakı-APA. Gürcüstanda böyük məbləğdə rüşvət, sənəd saxtalaşdırması, korrupsiya sxemlərinin yaradılması və başqa cinayətlərə görə keçmiş energetika və maliyyə naziri Aleksandr Xetaquri, keçmiş ədliyyə naziri Nikoloz Qvaramiya, iqtisadiyyat nazirinin müavini Kaxa Dameniya və başqaları həbs edilib.

Məlumata görə, sözügedən sxemdə həmçinin “İnter RAO EES” nümayəndələri ilə danışıqlarda iştirak edən və hal-hazırda həbsdə olan “Telasİ” Tbilisi enerji paylaşdırıcı şirkətinin rəhbəri Devi Kandelaki də iştirak edib. Qeyd edək ki, “Telasi”nin səhmlərinin 75% “İnter RAO EES”ə məxsusdur. Gürcüstan Baş Prokurorluğunda iddia edirlər ki, Xetaquri “Telasi”nin “on milyonlarla larini ölkə büdcəsinə ödəməməsi” üçün 1 milyon dollar rüşvət verməyə razılaşıb.

Müstəntiqlər 1 milyon dollar dəyərindəki “cinayətkar planın” hazırlanmasında Qvaramiyanın da iştirak etdiyini iddia edirlər.

Xatırladaq ki, “Gürcü arzusu” koalisiyası parlament seçkilərində qalib gəldikdən sonra keçmiş müdafiə naziri Baço Axalaya, Tbilisi merinin müavini Şota Xizanişvili və digər şəxslər həbs olunublar, Birləşmiş qərargahın rəisi Georgi Kalandadzeyə qarşı isə istintaq davam edir.

Prezident Mixail Saakaşvilinin tərəfdarları son addımları siyasi təqib kimi dəyərləndirir, “Gürcü arzusu” isə bu ittihamları rədd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR