Penitensiar Xidmətin Tərbiyə Müəssisəsi üçün yeni bina tikilir

Penitensiar Xidmətin Tərbiyə Müəssisəsi üçün yeni bina tikilir
# 10 dekabr 2012 12:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Hazırda Penitensiar Xidmətin yetkinlik yaşına çatmayan məhkumların saxlandığı Tərbiyə Müəssisəsi üçün yeni bina tikilir. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib.

M. Quliyev həmin müəssisənin müasir standartlara cavab verən şəkildə tikildiyini deyib: “Bu gün tərbiyə müəssisəsində 30-a yaxın məhkum saxlanılır. Həmin məhkumlarla xüsusi tərbiyə işləri aparılır”.

M. Quliyev Penitensiar Xidmətin beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini də bildirib: “Ötən il ərzində cəzaçəkmə müəssisələrinə təşkilatlar tərəfindən 357-dən artıq başçəkmələr oldub”.

Xidmət rəisi cəzaçəkmə müəssisələrində məhkumların ailələri ilə “Skype” vasitəsi ilə danışmaq imkanlarının olduğunu, lakin qanunvericiliyin buna imlan vermədiyi üçün həmin vasitədən istifadə olunmadığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR