Azərbaycanda leykemiyadan əziyyət çəkən insanlarla bağlı dövlət proqramı hazırlanacaq

Azərbaycanda leykemiyadan əziyyət çəkən insanlarla bağlı dövlət proqramı hazırlanacaq
# 05 dekabr 2012 11:37 (UTC +04:00)

APA-nın xəbərinə görə, hazırda Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutu və “Leykemiya ilə Mübarizə” İctimai Birliyi bu proqramın hazırlanması istiqamətində iş aparır. Dövlət proqramı hazır olduqdan sonra müzakirə üçün Milli Məclisə təqdim ediləcək.

Dövlət Proqramında leykemiyaya dair mərkəzin yaradılması, xəstələrin dərman preparatları ilə təminatı, onların müayinə və müalicəsi üçün lazımi laborator avadanlıqların alınması kimi məsələlər öz əksini tapacaq. Bundan əlavə, yeni dövlət proqramında reabilitasiya sisteminin qurulması, sümük iliyin məlumat bankı və sümük iliyinin köçürülməsi kimi vacib proseslərin həyata keçirilməsi kimi məsələlər öz əksini tapacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR